Antonio Quterreş: "Bu hücumu qətiyyətlə pisləyirəm''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Qəzzadakı xəstəxanaya edilən hücumu qətiyyətlə pisləyib

2052295
Antonio Quterreş:  "Bu hücumu qətiyyətlə pisləyirəm''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Qəzzadakı xəstəxanaya edilən hücumu qətiyyətlə pisləyib və xəstəxanalar ilə səhiyyə işçilərinin beynəlxalq humanitar hüquq çərçivəsində qorunduğunu qeyd edib.
Antonio Quterreş İsrailin Qəzzadakı xəstəxanaya etdiyi hücumla bağlı paylaşım edib.
Yüzlərlə fələstinlinin ölümünə səbəb olan hücumu qətiyyətlə qınadığını  ifadə edən Antonio Quterreş deyib: "Bu hücumu qətiyyətlə pisləyirəm''.
Həlak olanların ailələrinin acılarını bölüşdüyünü bildirən Antonio Quterreş deyib: ''Xəstəxanalar və səhiyyə işçiləri beynəlxalq humanitar hüququn himayəsindədir".
Qeyd edək ki, İsrailin Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayının 500-ə yüksəldiyi bildirilib.



Әlaqәli Xәbәrlәr