StratCom bəyanat yaydı

Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiya Mərkəzi (StratCom) Ukrayna qüvvələrinin gecə saatlarında Rusiya ordusunun  Luqansk və Berdyansk yaxınlığındakı helikopterlərini və hava limanı texnikasını vurduğunu bildirib.

2051948
StratCom bəyanat yaydı

Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiya Mərkəzi (StratCom) Ukrayna qüvvələrinin gecə saatlarında Rusiya ordusunun  Luqansk və Berdyansk yaxınlığındakı helikopterlərini və hava limanı texnikasını vurduğunu bildirib.
StratCom-dan verilən bəyanatda bildirilib ki, Ukrayna ordusu gecə radələrində müvəqqəti olaraq Rusiyanın nəzarətində olan Luqansk və Berdyansk yaxınlığında bu ölkəyə məxsus texnikaya zərbələr endirib.
Bəyanatda deyilir: “Oktyabrın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Luqansk və Berdyansk yaxınlığında Rusiya işğalçı qüvvələrinə məxsus helikopterlərə və hava limanı texnikasına hücum edib''.
Ukrayna Baş Qərargahından verilən açıqlamada Ukrayna qüvvələrinin rus əsgərlərinin silah və texnikasının yerləşdiyi ərazilərə 4 hücum təşkil etdiyi, Ukrayna raket birləşmələrinin Rusiyaya məxsus 2 helikopteri, sursat anbarını vurduğu bildirilib.

Açıqlamada son 24 saatda cəbhə xəttində 72 toqquşmanın yaşandığı, Rusiya ordusunun son sutkada Ukrayna ərazisinə 10 raket və 68 hava hücumu həyata keçirdiyi və Ukrayna qoşunlarının mövqeləri ilə yaşayış məntəqələrinə 87 dəfə atəş açdığı vurğulanıb.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən bəyanatda isə  Rusiyanın gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) və raketlərlə Ukrayna ərazisinə hücum etdiyi qeyd olunub.
Bəyanatda  Rusiya ordusunun Krım istiqamətindən 6 ədəd “Şahed” PUA-sı göndərdiyi və Su-34 təyyarəsindən idarə olunan raket atdığı bildirilib. 7 hədəfin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi ifadə edilib. Bəyanatda həmçinin Rusiyanın şərqə doğru 2 ədəd S-300 idarə olunan zenit raketi atdığı da vurğulanıb.



Әlaqәli Xәbәrlәr