Nigeriyada hava əməliyyatlarında onlarla terrorçu zərərsizləşdirilib

Nigeriya Hərbi Hava Qüvvələri Borno və Zamfara əyalətlərində terror təşkilatı "Boko Haram"a qarşı həyata keçirdiyi hava əməliyyatlarında onlarla terrorçunu zərərsizləşdirib.

2051542

Hərbi Hava Qüvvələrinin sözçüsü Edvard Qabkvet verdiyi yazılı açıqlamada ordunun Borno əyalətinin Bukar Meram və Zamfara əyalətinin Maru bölgəsində "Boko Haram"a qarşı hava əməliyyatı həyata keçirdiyini bildirib.

Qabkvet qeyd edib ki, əməliyyatlar zamanı terrorçuların sığındığı düşərgələr bombalanıb, onlarla düşərgə zərərsizləşdirilib.

Əməliyyatlar zamanı təşkilata məxsus xeyli miqdarda sursat da ələ keçirilib.

Әlaqәli Xәbәrlәr