İsrail gecə boyunca Qəzzaya hava zərbələri endirib

İsrailin gecə boyunca Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 24 nəfər həlak olub. (YENİLƏNİB)

2047955
İsrail gecə boyunca Qəzzaya hava zərbələri endirib

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 78-i uşaq olmaqla 493 nəfər ölüb, 2751 nəfər yaralanıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada, şənbə günündən bu yana İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 493 fələstinlinin həyatını itirdiyi, 2751 fələstinlinin isə yaralandığı bildirilib.

Açıqlamada həmçinin "İsrailin fələstinli ailələrə qarşı həyata keçirdiyi 8 qətliamda 54 nəfərin öldüyü" ifadə edilərkən, mövzu ilə bağlı ətraflı məlumat verilməyib.

İsrail döyüş təyyarələrinin Qəzza zolağının müxtəlif bölgələrinə gecə boyu endirdiyi hava zərbələri nəticəsində isə 24 nəfər həyatını itirib.
Qəzzadakı xəstəxanalar və təhlükəsizlik mənbələrindən alınan məlumata görə, İsrail döyüş təyyarələrinin Qəzzanın Misir sərhədinə yaxın Rafah şəhərində Əbu Hilal ailəsinin evinə təşkil etdiyi hava hücumu nəticəsində ailənin 18 üzvü həyatını itirib. 

Hücum zamanı dağılan evin altından çıxarılan yaralılara tibbi yardım göstərilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, şəhərin şimal bölgələrindəki Beyt Lahye bölgəsində bəzi ailələrin evlərinin havadan bombalanması nəticəsində 1 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

Qəzzanın cənubundakı Xan Yunus şəhərində yerləşən Əbul Əmrayn ailəsinə məxsus evin döyüş təyyarələrindən atılan raketlə vurulması nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

İsrail döyüş təyyarələri Əl-Yərmuk məscidini raketlərlə hədəfə alıb. Bombalanmış məscid dağıdılıb.

Bu dağıntı ilə İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində dağıdılan məscidlərin sayı 4-ə yüksəlib.

İsrailin hava hücumlarına cavab olaraq Qəzzadan raketlər atılıb.

Mühasirəyə alınmış Qəzza zolağından İsrailə doğru raket atəşi üçüncü gündür ki, davam edir.

Xüsusilə İsrailin cənubundakı Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrində vaxtaşırı sirena səsləri işidilir.

İsrail ordusunun onlarla tankı, zirehli texnikası və hərbi hissələri Qəzza zolağı ətrafına yerləşdirilsə də, bölgədə fəallıq davam edir.
Qəzza zolağındakı xəstəxana mənbələrindən alınan məlumata görə, İsrail döyüş təyyarələrinin Qəzzanın şərqindəki Şucaiyye rayonunda Harare ailəsinin evini hədəf alması nəticəsində 7 nəfər yaralanıb. Eyni bölgədə "Həmas"ın qurucularından biri, Siyasi Büro üzvü Rəvhi Muştehanın evinə də analoji hava hücumu həyata keçirilib.

Bu gecə hava hücumları xüsusilə intensiv olsa da, səhər saat 05.38-dən etibarən şəhərin bir çox yerində bombardmanlar fasiləsiz olaraq davam edib.

Bölgədə yaşayan şahidlərin sözlərinə görə, şəhərin şimalındakı Beyt Hanun qəsəbəsinin bələdiyyə ərazisində, Karaman və Naayma küçələrindəki binalara 60-dan çox hava hücumu həyata keçirilib və bombardman nəticəsində evlərə və infrastruktura ciddi ziyan deyib.



Әlaqәli Xәbәrlәr