İlva Yohanson: ''Avropadakı ifrat sağçı qruplaşmalar getdikcə daha çox terror təhlükəsi yaradır''

Avropa Daxili İşlər Komissarı İlva Yohanson bildirib ki, Avropadakı ifrat sağçı qruplar getdikcə daha çox terror təhlükəsi yaradır.

2045645

İlva Yohansonun ev sahibliyində  bundan sonra hər il keçirilməsi planlaşdırılan “Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə Forumu”nun birincisi Belçikanın paytaxtı Brüsseldə keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən İlva Yohanson vurğulayıb ki, terrorun maliyyələşdirilməsi ilə mübarizə bütün dünya üzrə tərəfdaşlarla işləməyi tələb edən prosesdir.

“İfrat sağçı terror Avropada artan təhlükədir” deyən İlva Yohanson bildirib ki, iİfrat sağçı ekstremistlər vəsait toplayır, rok konsertləri təşkil edir, ticari məhsullar satırlar".

İlva Yohanson "İfrat sağın harada bitdiyini və terrorun harada başladığını təyin etməyin" çətin olduğuna diqqət çəkərək terrorçuların getdikcə daha çox kriptovalyutadan istifadə etdiyini və saxta xeyriyyə təşkilatlarının arxasında gizləndiyini bildirib.

Әlaqәli Xәbәrlәr