Stefan Düjjarik: ''BMT üzv ölkələrin Baş Assambleyada söylədiklərinə qarışa bilməz''

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik İsrail-Fələstin məsələsində iki dövlətli həll yolunu dəstəkləməyə davam edəcəklərini bildirib. Stefan Düjarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

2043399
Stefan Düjjarik: ''BMT üzv ölkələrin Baş Assambleyada söylədiklərinə qarışa bilməz''

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik İsrail-Fələstin məsələsində iki dövlətli həll yolunu dəstəkləməyə davam edəcəklərini bildirib.
Stefan Düjarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İsrail Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında tarixi Fələstin torpaqlarını İsrail sərhədləri daxilində göstərən xəritədən istifadə etməsinə reaksiya ilə bağlı sualı cavablandıran Stefan Düjarrik deyib:''Üzv ölkələrin Baş Assambleyada söylədiklərinə və ya göstərdiklərinə qarışa bilmərik və qarışmaq istəmirik”. 
Bu xəritənin BMT-nin mövqeyini əks etdirmədiyini bildirən Dujarrik deyib: "Hər mühitdə iki dövlətli həlli dəstəkləməyə davam edəcəyik". 

Fələstin Daimi Nümayəndəliyinin Netanyahunun hərəkətini pisləyən məktubunun BMT Baş katibinə gəlib-gəlmədiyini hələ təsdiqləyə bilmədiyini ifadə edən Stefan Dujarrik bu cür hərəkətlərin BMT-nin mövqeyini dəyişmədiyini bildirib.



Әlaqәli Xәbәrlәr