NATO Rusiyanın hərbi fəaliyyətlərini izləmək üçün bu ölkəyə ''AWACS''  təyyarəsi göndərir

Bu barədə NATO-dan verilən məlumatda bildirilib.

2043657
NATO Rusiyanın hərbi fəaliyyətlərini izləmək üçün bu ölkəyə ''AWACS''  təyyarəsi göndərir

NATO Rusiyanın hərbi fəaliyyətlərini izləmək üçün Litvaya iki AWACS təyyarəsi göndərir.
Bu barədə NATO-dan verilən məlumatda bildirilib. Təyyarələrin bu gün göndəriləcəyi bildirilib.
NATO mətbuat katibinin müavini Dilan Uayt Rusiyanın Ukraynaya hücumundan sonra Baltikyanı bölgəsindəki təhlükəsizlik mühitinə daha çox diqqət yetirdiklərini bildirib.
Dilan Uayt deyib:“ AWACS təyyarəmiz yüzlərlə kilometr uzaqlıqdakı digər təyyarələri və raketləri aşkar edə bilir”. 
Məlumata görə, NATO-ya məxsus təyyarələr Almaniyanın Qaylenkirxendəki aviabazasından Litvaya göndərilir.
Ümumilikdə 150 ​​hərbçi azı bir neçə həftə Litvada qalacaq təyyarələrlə bu ölkəyə gedəcək.

NATO-nun AWACS təyyarələri Ukraynada müharibə başlayandan bəri Rusiya döyüş təyyarələrini izləmək üçün Şərqi Avropada yüzlərlə uçuş həyata keçirib.

Rusiyanın Ukraynaya hücumundan sonra NATO şərq cinahındakı mövcudluğunu artırıb.

Bölgəyə çox sayda döyüş təyyarələri, kəşfiyyat və müşahidə təyyarələri ilə tanker təyyarələri yerləşdirilib.
Rusiyaya aid olduğu iddia edilən pilotsuz uçuş aparatlarının hissələri Rumıniyada aşkar edildikdən sonra ABŞ NATO-nun hava patrullarını gücləndirmək üçün Rumıniyaya əlavə 4 F-16 təyyarəsi göndərib.


Etiketlәr: #Ukrayna , #Rusiya , #Litva , #AWACS , #NATO

Әlaqәli Xәbәrlәr