Kim Çen In: ''Şimali Koreya ilə Rusiya arasındakı münasibətləri inkişaf etdirəcəyik''

Şimali Koreya lideri Kim Çen In bildirib ki, Rusiya ilə münasibətləri daha da gücləndirmək üçün addımlar atılmalıdır.

2041008

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, sentyabrın 20-də Kimin iştirakı ilə Koreya Fəhlə Partiyasının (WPK) 16-cı siyasi bürosunun iclası keçirilib.

İclasda Kimin Rusiyaya rəsmi səfərinin nəticələrinə dair hesabat təqdim olunub.

Xəbərdə Kimin Putinin dəvəti ilə 12-17 sentyabr tarixlərində Rusiyanın müxtəlif bölgələrinə səfər etdiyi və sonuncu səfərin Şimali Koreya-Rusiya münasibətlərini yeni dövrün tələblərinə uyğun olaraq yeni strateji səviyyəyə çatdırdığı vurğulanıb.

Hesabatda Kimin Şimali Koreya-Rusiya münasibətlərinin inkişafı ilə bağlı uzunmüddətli planlarının yer aldığı qeyd edilib.

İclasda çıxış edən Kim Çen In vurğulayıb ki, Rusiya ilə yaxşı qonşuluq və əməkdaşlıq əlaqələri daha da möhkəmləndirilməli, bütün sahələrdə ikitərəfli münasibətlər daha da fəallaşdırılmalı və səfər zamanı əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi üçün addımlar atılmalıdır.

Әlaqәli Xәbәrlәr