“Yaşana bilən Yer üzü üçün sıfır tullantı səyahəti” kitabı dünya liderlərinə təqdim olundu

itabın müqəddiməsində iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, çirklənmə və "üçlü planet böhranı" ilə mübarizədə müvəffəqiyyətli olmaq üçün qlobal həmrəyliyin vacibliyini vurğulayan R.T.Ərdoğan yazıb ...

2035748
“Yaşana bilən Yer üzü üçün sıfır tullantı səyahəti” kitabı dünya liderlərinə təqdim olundu

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən G-20 Liderlər Toplantısında Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən hazırlanan “Yaşana bilən Yer üzü üçün sıfır tullantı səyahəti” (Yaşanabilir Bir Dünya İçin Türkiye'nin Sıfır Atık Yolculuğu) kitabını dövlət və hökumət başçılarına təqdim edib.

  Kitabın müqəddiməsində iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, çirklənmə və "üçlü planet böhranı" ilə mübarizədə müvəffəqiyyətli olmaq üçün qlobal həmrəyliyin vacibliyini vurğulayan R.T.Ərdoğan yazıb: "Beynəlxalq həmrəylik get-gedə pozulur və əməkdaşlıq tək mərkəzə bağlanma ilə əvəz olunur. Bunun bədəlini isə bütün bəşəriyyət, xüsusilə Afrika və Asiyanın əlverişsiz ölkələri ödəyir.

  İnkişaf etmiş ölkələrlə müqayisədə iqlim dəyişikliyi və çirklənmə ilə bağlı problemlərdə Türkiyənin demək olar ki, payı yoxdur. Buna baxmayaraq, biz həm üzərimizə düşən öhdəlikləri yerinə yetiririk, həm də Yer kürəsi və bəşəriyyətin ortaq gələcəyinə aid bu həyati vacib məsələ ilə əlaqədar qlobal səviyyədə aparılan işləri dəstəkləyirik.

  “2053-cü il üçün qəti sıfır emissiya” və “Yaşıl inkişaf” hədəfləri ilə bağlı Türkiyə Paris İqlim Sazişinə ən mühüm töhfəni verdi və verməkdədir.

  Biz sıfır tullantıdan bərpa olunan enerji layihələrinə, ictimai bağlardan meşə varlığının artırılmasına, tullantı sularının təmizlənməsindən hava keyfiyyətinin ölçülməsinə qədər bir çox tətbiqlərlə daha təmiz və yaşıl bir Türkiyə üçün çalışırıq. Bərpa olunan quraşdırılmış güclə bağlı da biz Avropada 5, dünyada 12-ci olduq.

  Həyat yoldaşım Əminə Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən “Sıfır tullantı” layihəsi bu prosesdə dönüş nöqtəsidir. “Dünya ortaq evimizdir” şüarı ilə həyata keçirilən layihəmiz bütün dünya tərəfindən bəyənilib və 3-ü Birləşmiş Millətlər Təşkilatının ofis və proqramlarından olmaqla ümumilikdə 5 beynəlxalq mükafata layiq görülüb.

  Türkiyənin səyləri ilə qəbul edilən BMT Baş Assambleyasının 77/161 saylı qərarı ilə “Sıfır tullantı” layihəsi qlobal hərəkata çevrilməkdədir. Artıq hər il 30 Mart Beynəlxalq Sıfır Tullantı Günü olaraq qeyd edilir”.



Әlaqәli Xәbәrlәr