Qərbi Balkan dövlət başçıları “Brdo-Briyuni” çərçivəsində bir araya gəldi

Sammit Paytaxt Skopyedə Şimali Makedoniya prezidenti Stevo Pendarovski, Sloveniya prezidenti Natasa Pirç Musar və Xorvatiya prezidenti Zoran Milanoviçin sədrliyi ilə keçirilib

2035772
Qərbi Balkan dövlət başçıları “Brdo-Briyuni” çərçivəsində bir araya gəldi

 

  Qərbi Balkan ölkələrinin başçıları Şimali Makedoniyada regional əməkdaşlığın artırılması üçün başlanılan “Brdo-Briyuni” (Brdo-Brijuni) layihəsi çərçivəsində bir araya gəliblər.

  Sammit Paytaxt Skopyedə Şimali Makedoniya prezidenti Stevo Pendarovski, Sloveniya prezidenti Natasa Pirç Musar və Xorvatiya prezidenti Zoran Milanoviçin sədrliyi ilə keçirilib.

  Ev sahibləri ilə yanaşı tədbirdə Serbiya prezidenti Aleksandr Vuçiç, Kosovo prezidenti Vyosa Osmani, Albaniya prezidenti Bayram Beqay, Monteneqro prezidenti Yakov (Jakov) Milatovic, Bosniya Herseqovina Prezident Şurasının bosniyalı üzvü Denis Beçiroviç, xorvatiyalı Jelko Komşiç və serb Jelka Tsviyanovuç (Zeljko Zeljkamityaviç) də iştirak ediblər.

  Sammitdə Balkan ölkələrinin Avropaya inteqrasiya prosesi, iqlim dəyişikliyi və gənclərin miqrasiyası kimi məsələlər müzakirə olunub.

  Qeyd edək ki, “Brdo-Briyuni” layihəsi 2013-cü ildə Sloveniya və Xorvatiyanın təşəbbüsü ilə Aİ-nin genişlənmə prosesini qiymətləndirmək, region ölkələri arasında mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparmaq, iqtisadi və infrastruktur prioritetlərini müəyyən etmək üçün başlayıb.

  Cənub-Şərqi Avropa ölkələri ilə Aİ-yə üzv dövlətlər arasında qeyri-rəsmi dialoqun ən yüksək səviyyəsi sayılan Brdo-Brijuni prosesinə Xorvatiyanın Aİ-yə üzv olduğu 1 iyul 2013-cü il sammitində qərar verilib. İlk dəfə Zaqrebdə keçirilən sammit həmin ilin 25 iyulunda Fransanın o zamankı prezidenti Fransua Ollandın iştirakı ilə Sloveniyanın Kranj şəhəri yaxınlığındakı Brdoda keçirilib və proses o gündən Brdo-Briyuni adlanır.



Әlaqәli Xәbәrlәr