Mərakeşdə 3 günlük matəm elan olundu

Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2122 nəfərə çatıb.

2035427
Mərakeşdə 3 günlük matəm elan olundu

Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2122 nəfərə çatıb.

Bu barədə Mərakeş Daxili İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda zəlzələ nəticəsində həmçinin 1400-ü ağır olmaqla 2421 nəfərin də yaralandığı bildirilib.

Mərakeş Kralı VI Məhəmməd verdiyi bəyanatda çox sayda insanın həyatına son qoyan zəlzələ ilə əlaqədar ölkədə 3 günlük matəmin elan olunduğunu deyib.

Bildirilib ki, ölüm halları Əl-Huz, Taru-dant, Şi-sa-va, Ver-zazat, Mərakeş, Azila, Aqa-dir, Kasablanka və Yusi-fiyyə bölgələrində qeydə alınıb.

Mərakeş Silahlı Qüvvələri, yerli idarələr, təhlükəsizlik qüvvələri və mülki müdafiə qrupları axtarış-xilasetmə işlərini davam etdirir, humanitar yardımların zəlzələ bölgələrinə çatdırılması üçün bütün imkanlar səfərbər edilib.



Әlaqәli Xәbәrlәr