Antonio Quterreş Rusiyaya məktub ünvanlayıb

Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova "Taxıl sazişi"nin bərpası üçün konkret addımların yer aldığı məktub ünvanladığını açıqlayıb.

2031699
Antonio Quterreş Rusiyaya məktub ünvanlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova "Taxıl sazişi"nin bərpası üçün konkret addımların yer aldığı məktub ünvanladığını açıqlayıb.

Quterreş BMT-nin Nyu-Yorkdakı binasında verdiyi açıqlamada Qara Dəniz Taxıl Təşəbbüsünün qida bazarlarına və ərzaq təhlükəsizliyinə çox mühüm töhfələr verdiyinə diqqət çəkərək, təşəbbüsün bərpasının xüsusilə inkişaf etməkdə olan ölkələr üçün vacib olduğunu vurğulayıb.

Quterreş Rusiyanın təşəbbüslə bağlı şikayət və tələblərini də nəzərdən keçirdiklərini qeyd edərək deyib:

“Rusiyanın xarici işlər naziri Lavrova məktub ünvanlayaraq, Qara Dəniz Taxıl Təşəbbüsünün yenilənməsi ilə bağlı konkret təklifləri təqdim etdim.

Yeni müqavilə sabit olmalıdır. Böhrandan böhrana doğru sürüklənən və həmişəlik dayandırılan təşəbbüs istəmirik. İşləyən və faydalı olan təşəbbüsü dəstəkləyirik. Təqdim etdiyim təkliflər Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara daha effektiv və sərfəli qiymətlərlə çıxmasını təmin etmək məqsədi daşıyır".

Quterreş böyük səylərlə müsbət nəticə əldə edilə biləcəyini və bunun icmalarda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu da vurğulayıb.



Әlaqәli Xәbәrlәr