Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin qiyamçılara təklifi

ECOWAS qiyamçılara Nigerdə neytral yerdə görüşməyi təklif edib.

2029695
Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin qiyamçılara təklifi

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) üzv dövlətlər Abdurahman Tçianinin rəhbərlik etdiyi Vətənin Qurtuluşu üzrə Milli Şuraya neytral yerdə görüşməyi təklif ediblər.

Bunu ECOWAS-ın siyasət, sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Abdel-Fatau Musah “Al Jazeera” telekanalına müsahibəsində söyləyib. Komissarın sözlərinə görə, üsyançılardan devrilmiş Prezident Məhəmməd Bazumu azad etmələri də istənilib.

Abdel-Fatau Musah deyib ki, Nigerdə böhranı həll etmək üçün hərbi variant seçməyə tələsmirik. Hərbçilərdən heç bir konkret addım görmədik və əbədi olaraq gözləməyəcəyik.

Qeyd edək ki, avqustun 18-də ECOWAS-ın siyasət, sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Birliyin baş qərargah rəislərinin iclasından sonra Nigerdəki vəziyyətə hərbi müdaxilənin tarixinin müəyyən edildiyini söyləyib. Hələlik bu barədə rəsmi məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr