Milanda rekord temperatur qeyd alınıb

Bu barədə İtaliyada fəaliyyət göstərən Regional Ətraf Mühitin Mühafizəsi Agentliyi  məlumat yayıb.

2029444
Milanda rekord temperatur qeyd alınıb

İtaliyanın Milan şəhərində 1763-cü ildən bəri temperatur rekordunun qırıldığı bildirilib.

Bu barədə İtaliyada fəaliyyət göstərən Regional Ətraf Mühitin Mühafizəsi Agentliyi  məlumat yayıb. Məlumatda  temperaturun 33 dərəcəyə yüksəldiyi və bu rekordun son rekordunun 11 avqust 2003-cü ildə 32,8 dərəcə selsi olduğu bildirilib.

İtaliyanın Lombardiya bölgəsindəki bəzi şəhərlərdə 22-23 avqust tarixləri arasında termometrlərin 40 dərəcə isti göstərdiyi bildirilib.

Məlumatda həmçinin anomal temperaturların Alp dağlarına da təsir etdiyi, gələn həftədən etibarən temperaturun 10-15 dərəcə azalacağı, tufanla müşayiət olunan şiddətli yağışların olacağı vurğulanıb.



Әlaqәli Xәbәrlәr