İsrailin indiyə qədərki ən böyük müdafiə sazişi

İsrail Müdafiə Nazirliyindən verilən yazılı məlumata görə ...

2026098
İsrailin indiyə qədərki ən böyük müdafiə sazişi

 

  İsrailin "Arrow 3" hava və raketdən müdafiə sisteminin Almaniyaya tədarükünün ABŞ tərəfindən təsdiqləndiyi açıqlandı.

  İsrail Müdafiə Nazirliyindən verilən yazılı məlumata görə, ABŞ hökuməti rəsmi Təl-Əvivin Almaniyaya “Arrow 3” raketdən müdafiə sistemini onlardan tədarükü tələbini təsdiqləyib.

  İsrail Müdafiə Nazirliyi, Almaniya Federal Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi arasında 3,5 milyard dollarlıq tarixi müqavilənin imzalanacağı bildirilib.

  Nazirlik bunun İsrailin indiyə qədərki ən böyük müdafiə sazişi olacağını bildirib.

  Xatırladaq ki, İsrail və Almaniya rəsmiləri 2022-ci ilin sentyabr və 2023-cü ilin aprel aylarında İsrail və ABŞ-ın birgə istehsalı olan “Arrow 3” sistemlərinin satın alınması üçün bir araya gəlmişdilər.

  ABŞ-ın Raketdən Müdafiə Agentliyi və İsrail Aerokosmik Sənayesi ilə əməkdaşlığı çərçivəsində hazırlanan və ballistik raketləri ələ keçirmək üçün nəzərdə tutulan “Arrow 3” dünyada bu qəbilədən ən qabaqcıl sistemlərdən biri sayılır.



Әlaqәli Xәbәrlәr