Havay adasında meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 80 nəfərə çatıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Havay əyalətində Maui adasında davam edən meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 80 nəfərə çatıb.

2023584

ABŞ-ın adalardan ibarət Havay ştatında güclü külək yanğınların yayılmasına səbəb olub. Çərşənbə axşamı Maui adasındakı meşədə baş verən yanğın böyük dağıntılara səbəb olub.

Yanğında həyatını itirənlərin sayı 80 nəfərə yüksəlib. Təxminən 1700 binanın zərər gördüyü ada fəlakət bölgəsi elan edilib.

Adanın turistik sahil şəhəri olan Lahaynanın böyük hissəsi məhv olub. Minlərlə turist adanı tərk edib, təxliyələr davam edir. Yanğının səbəb olduğu tüstü havadan müdaxiləni çətinləşdirir. Axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilir. Həlak olanların sayının artacağı istisna olunmur.

Әlaqәli Xәbәrlәr