Bu il Aİ ölkələrinə qeyri-qanuni yollarla daxıl olanların sayı 176 mini keçib

Avropa İttifaqı ölkələrinə qeyri-qanuni şəkildə daxil olma hallarının ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 176 min 100-ə çatdığı bildirilib.

2023541

Bu barədə mərkəzi Polşanın paytaxtı Varşavada yerləşən Avropa İttifaqının sərhəd mühafizə agentliyi ''Frontex''in  yaydığı məlumatda bildirilib. İlkin məlumatlara əsasən, ilin ilk 7 ayında Avropa İttifaqı sərhədlərində aşkarlanan qeyri-qanuni girişlərin sayı 2016-cı ildən bəri ən yüksək həddə çatıb.

Sözügedən prosesdə qeyri-qanuni girişlər üçün ən çox istifadə edilən marşrut Mərkəzi Aralıq dənizi olub. Bu marşrutla 89 min insan Aİ ölkələrinə daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 115 faiz artım olaraq qeydə alınıb. Mərkəzi Aralıq dənizi marşrutunu ən çox istifadə edənlər Kot-d'İvuar, Qvineya və Misir vətəndaşları olub.

İkinci marşrut olaraq bilinən Qərbi Balkanlardan daxil olanların sayı isə 26 faiz azalaraq 52 min 232-yə enib. Bu marşrutdan daha çox suriyalılar və əfqanlar istifadə edirdilər.

Şərqi Aralıq dənizindən gedənlərin sayı isə 29 azalaraq 17 min 54 olub. Şərqi Aralıq dənizi marşrutundan ən çox istifadə edənlər suriyalılar, fələstinlilər və əfqanlar olub.

Әlaqәli Xәbәrlәr