Latviya Belarus ilə sərhədində gücləndirilmiş təhlükəsizlik rejiminə keçdi

Bu barədə “Delfi” informasiya portalı məlumat yayıb

2022280
Latviya Belarus ilə sərhədində gücləndirilmiş təhlükəsizlik rejiminə keçdi

 

  Latviya Nazirlər Kabineti Belarus-Latviya sərhədində gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi barədə qərar qəbul edib. Bu barədə “Delfi” informasiya portalı məlumat yayıb. Məlumata görə, 2023-cü il avqustun 11-dən 2024-cü il fevralın 10-dək Ludza, Kraslava, Auqşdauqava rayonları və Dauqavpils inzibati ərazilərində sərhəd mühafizə rejimi gücləndiriləcək. Bu tədbiri ölkənin Daxili İşlər Nazirliyi təklif edib. Bildirilir ki, Latviya-Belarus dövlət sərhədindən qeyri-qanuni keçməyə cəhdlər belə bir rejimin tətbiqini zəruri edib. Bundan əlavə, Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Maris Kuçinskis Belarus ərazisində “Vaqner PMC”yə məxsus qırıcıların olmasını xatırladıb. Nazirin sözlərinə görə, PMC-lər tərəfindən hər hansı təxribat əlamətləri yoxdur, lakin belə bir ehtimalı da istisna etmək olmaz.



Әlaqәli Xәbәrlәr