İqor Klimenko: ‘‘Rusiyanın hücumu nәticәsindә hәlak olanların sayı 7 nәfәrә çatıb’’

Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın Pokrovsk şəhərinə raket hücumu nəticəsində həyatını itirənlərin sayının 7-yə yüksəldiyini açıqlayıb.

2022003

Rəsmi teleqram kanalında paylaşım edən İqor Klimenko Rusiyanın Donetsk vilayətinin Pokrovsk şəhərinə həyata keçirdiyi raket hücumu ilə bağlı açıqlamalar verib.

Hücumun "böyük faciə"yə səbəb olduğunu bildirən İqor Klimenko deyib: "Hücum nəticəsində  2-si uşaq olmaqla 7 nəfər ölüb, 67 nəfər yaralanıb".

İqor Klimenko yeni hücum təhlükəsi ilə əlaqədar dağıntıların təmizlənməsi işlərinin müvəqqəti olaraq dayandırıldığını qeyd edib.

Bildirilib ki, hadisə yerində Ukrayna Baş Prokurorunun nümayəndələri işləyir, axtarış-xilasetmə işləri aparılır.

Әlaqәli Xәbәrlәr