Blinken ilə Kuleba arasında telefon danışığı olub

Entoni Blinken Dmitro Kuleba ilə Səudiyyə Ərəbistanındakı Ukrayna ilə bağlı görüşü və uzunmüddətli təhlükəsizlik tənzimləmələrini müzakirə edib.

2021604
Blinken ilə Kuleba arasında telefon danışığı olub

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Səudiyyə Ərəbistanındakı Ukrayna ilə bağlı görüşü və uzunmüddətli təhlükəsizlik tənzimləmələrini müzakirə edib.

Mövzu ilə bağlı yazılı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Blinkenin Kuleba ilə telefon danışığı apardığını bildirib.

İki ölkənin Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukraynanın Rusiyaya hücumu ilə bağlı inkişafları və Ukraynada "ədalətli və davamlı sülhə dair son danışıqları" müzakirə etdiklərini ifadə edən Miller iki ölkə arasında uzunmüddətli təhlükəsizlik tənzimləmələrini də müzakirə etdiklərini qeyd edib.

Miller bildirib ki, Blinken ABŞ-ın Rusiyaya qarşı mübarizədə Ukraynanın müdafiəsinə, eləcə də güclü Ukrayna ordusuna və cavabdeh müdafiə institutlarına dəstəyini bir daha təsdiqləyib.

Xatırladaq ki, 24 fevral 2022-ci il tarixindən bəri davam edən Rusiya-Ukrayna böhranının həlli yollarını müzakirə etmək üçün avqustun 5-6-da Ciddədə Türkiye də daxil olmaqla müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.



Әlaqәli Xәbәrlәr