Nigeriyada difteriya epidemiyasından ölənlərin sayı 83-ə yüksəlib

Qərbi Afrika ölkələrindən Nigeriyada son 3 ayda difteriya epidemiyasından ölənlərin sayı 83-ə yüksəlib.

2019163
Nigeriyada difteriya epidemiyasından ölənlərin sayı 83-ə yüksəlib

Qərbi Afrika ölkələrindən Nigeriyada son 3 ayda difteriya epidemiyasından ölənlərin sayı 83-ə yüksəlib.

Nigeriya Milli Səhiyyə Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faysal Şuaib difteriya epidemiyasının müxtəlif ştatlarda yayılmağa davam etdiyini bildirib.

May-iyul aylarında ölkə daxilində 836 difteriya hadisəsinin görüldüyünü qeyd edən F.Şuaib epidemiya səbəbiylə həyatını itirənlərin sayının 83-ə yüksəldiyini bildirib.

Faysal Şuaib NPHCDA-nın Federal Səhiyyə Nazirliyi və digər tərəfdaşlarla birlikdə bu epidemiyaya effektiv cavab vermək üçün bütün lazımi resursları səfərbər etdiyini bildirdi.

“Quş iflici” olaraq da adlanan difteriya, "corynebacterium diphtheriae" adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik adətən ölümlə nəticələnir.



Әlaqәli Xәbәrlәr