Çində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirib

Çinin paytaxtı Pekində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirib.

2018694
Çində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirib

Çinin paytaxtı Pekində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirib.

"China Daily" qəzetinin xəbərinə görə, leysan yağışlar Pekinin bir çox bölgəsində gündəlik həyata mənfi təsir göstərir.

Pekin Şəhər Administrasiyasından verilən açıqlamada, paytaxtın müxtəlif yerlərində axtarış-xilasetmə işlərində iştirak edən 2 nəfərin də olduğu 11 nəfərin həyatını itirdiyi, 27 nəfərin isə itkin düşdüyü bildirilib.

İtkin düşən 27 nəfərdən 4-nün Fanqşan kəndində axtarış-xilasetmə işləri aparan “Blue Sky” xilasetmə qrupunun üzvü olduğu, digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsinin davam etdiyi bildirilib.

Paytaxtın 13 rayonunda 44 min 673 nəfərin əlverişsiz hava şəraitinin təsirinə məruz qaldığı, 127 min insanın Pekində təhlükəsiz yerlərə təxliyə edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr