Pakistanda baş verən partlayışda ölənlərin sayı 42 nəfərə çatıb

İslam Alimləri Assambleyasının qurultayında intiharçının hücumu nəticəsində azı 42 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

2017901
Pakistanda baş verən partlayışda ölənlərin sayı 42 nəfərə çatıb

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində hakim koalisiya partiyası olan İslam Alimləri Assambleyasının qurultayında intiharçının hücumu nəticəsində azı 42 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Yayılan məlumatda qeyd olunub ki, bu, intihar hücumu idi. Terrorçu bilavasitə qurultayın keçirildiyi yerin yaxınlığında özünü partladıb.

Hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb. 



Әlaqәli Xәbәrlәr