Qenadi Truxanov : ''Odessaya edilən hücumda 1-i uşaq olmaqla 10 nəfər yaralanıb''

Odessa meri Qenadi Truxanov bildirib ki, Rusiya müharibə başlayandan bəri şəhərə ən böyük hücumu həyata keçirib.

2013706
Qenadi Truxanov : ''Odessaya edilən hücumda 1-i uşaq olmaqla 10 nəfər yaralanıb''

Odessa meri Qenadi Truxanov bildirib ki, Rusiya müharibə başlayandan bəri şəhərə ən böyük hücumu həyata keçirib.

Truxanov rəsmi ''Facebook'' səhifəsində etdiyi paylaşımda Rusiyanın gecə saatlarında müxtəlif raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə şəhərə hücum etdiyini bildirib.

Hücum nəticəsində bəzi evlərə ziyan dəydiyini bildirən Truxanov ölən olmasa da 1-i uşaq olmaqla 10 nəfərin yaralandığı barədə məlumat paylaşıb.

"Bu gecə ən qorxulu gecələrdən biri idi. Müharibə başlayandan bəri bu miqyasda hücumu xatırlamırıq", - Truxanov deyib.

Ukraynanın Kənd Təsərrüfatı Siyasəti və Ərzaq Nazirliyi Rusiyanın Odessa və Çornomorsk limanlarına hücuma keçdiyini və bu hücumda taxıl dəhlizi ilə daşınması planlaşdırılan 60 min ton taxılın vurulduğunu bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski də Rusiyanın Ukraynanın taxıl ticarəti infrastrukturunu qəsdən hədəfə aldığını bildirib.

Rusiya Müdafiə Nazirliyi isə Odessa şəhəri yaxınlığında və Kirovoqrad vilayətində Ukrayna ordusuna məxsus hərbi obyektləri vurduqlarını açıqlayıb.


Etiketlәr: #Odessa , #hücum , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr