Volodimir Zelenski Rәcәb Tayyib Әrdoğana vә Antonio Quterreşә mәktub ünvanlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ''Taxıl sazişi'' ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş və Türkiye Prezidenti Rəcəb Tayyib Әrdoğana məktub ünvanlayaraq sazişi Rusiyasız davam etdirməyi təklif edib.

2012593

Volodimir Zelenski deyib:“Ukrayna, BMT və Türkiye ərzaq dəhlizinin fəaliyyətini təmin edə bilər və gəmiləri nəzarətdən keçirə bilər''.

Volodimir Zelenski 2022-ci ilin 22 iyul tarixində İstanbulda Türkiye, Ukrayna, Rusiya və BMT arasında imzalanan ''Taxıl sazişi'' ilə bağlı teleqram kanalında paylaşım edib.

 Bu razılaşma çərçivəsində 45 ölkəyə təxminən 33 milyon ton kənd təsərrüfatı məhsulunun göndərildiyini ifadə edən Volodimir Zelenski deyib: “Bunun 60 faizi başda Əlcəzair, Tunis, Liviya, Misir, Keniya, Efiopiya, Somali, Sudan olmaqla Afrika və Asiya ölkələrinə daşınıb. Kənd təsərrüfatı məhsulları həmçinin  Çin, Hindistan, Banqladeş, İndoneziya, Pakistan, İraq, Livan və Yəmənə göndərilib’’.

Volodimir Zelenski bildirib ki, hamımız təhlükəsizlik barədə düşünməliyik. Ukraynanın ərzaq məhsulları təxminən 400 milyon insanın əsas təhlükəsizliyidir.

Qeyd edək ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında ‘‘Taxıl sazişi’’nin qüvvədən düşdüyünü bildirmişdi.

Әlaqәli Xәbәrlәr