Nigeriyada fövqəladə vəziyyət elan olundu

Bu barədə ölkə prezidenti Asivaju Bola Ahmed Tinubu məlumat verib

2011514
Nigeriyada fövqəladə vəziyyət elan olundu

 

  Nigeriyada qida sektorundakı ağır vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan olunub. Bu barədə ölkə prezidenti Asivaju Bola Ahmed Tinubu məlumat verib.

  “Nigeriyada iyulun 13-dən fövqəladə vəziyyət hökm sürür", - dövlət başçısı tviter hesabında yazıb. Eyni zamanda, o, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və ərzaq bazarında inflyasiya ilə mübarizə üzrə kompleks planını açıqlayıb: “Bu addımlar Nigeriyanın bütün vətəndaşlarının ərzaq təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Təklif olunan təşəbbüslər ərzaq qiymətlərinin artması problemini həll etməyə, milli kənd təsərrüfatında vəziyyəti yaxşılaşdırmağa kömək edəcək”.

  Kompleks planda gübrələrin fermerlərə, taxılın isə əhaliyə dərhal paylanması, qiymətlərə nəzarət və strateji ərzaq ehtiyatlarının idarə edilməsi üçün milli resurs şurasının yaradılması, 500 min hektar kənd təsərrüfatı sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Fermerlərin maliyyə dəstəyi, kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, kənd təsərrüfatı və heyvandarlıq sahələrində yeni iş yerlərinin yaradılması istiqamətində də tədbirlər nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr