Pakistanda musson yağışları nəticəsində 91 nəfər ölüb

Pakistanda iyunun 25-dən iyulun 12-dək davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 91-ə çatıb.

2011059
Pakistanda musson yağışları nəticəsində 91 nəfər ölüb

Pakistanda iyunun 25-dən iyulun 12-dək davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 91-ə çatıb.

Pakistan Milli Fəlakət İdarəsi Agentliyi, ölkə daxilində 25 iyun-12 iyul tarixlərində yağan musson yağışları nəticəsində həyatını itirənlərin sayının 91-ə, yaralı sayının isə 151-ə yüksəldiyini açıqlayıb.

Açıqlamada qeyd olunub ki, sözügedən tarixlərdə yağan güclü yağışlar nəticəsində 99 evə ziyan dəyib.

“Dawn” qəzetində yer alan xəbərə görə, Pəncab əyalətinin Kasur bölgəsində Sutlej çayının daşması nəticəsində 15 kənd seldən zərər çəkib.

Səlahiyyətlilər selin baş verdiyi kəndlərdən 11 min insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini açıqlayıb.

Digər tərəfdən, Pəncabın Chanq rayonunda 40 kənd Çenab çayının daşması nəticəsində zərər çəkib.

Ərazidə daşqın təhlükəsi barədə əhaliyə xəbərdarlıq edilib.

Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.

Qeyd edək ki, ötən il Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olmuşdur.



Әlaqәli Xәbәrlәr