“Çıxılmaz bir dalan: üçüncü dünya müharibəsi yaxınlaşır”, D.Medvedyev

D.Medvedev yazılı açıqlamasında Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO zirvə toplantısı ilə bağlı bildirib...

2010436
“Çıxılmaz bir dalan: üçüncü dünya müharibəsi yaxınlaşır”, D.Medvedyev

 

  Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev NATO sammitində Ukraynaya silah yardımını artırmaq qərarına reaksiya verərək “Bu, çıxılmaz bir dalandır: üçüncü dünya müharibəsi yaxınlaşır” deyib.

  D.Medvedev yazılı açıqlamasında Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO zirvə toplantısı ilə bağlı bildirib: “Ukrayna yəqin ki, heç vaxt NATO-ya qəbul edilməyəcək. Alyansdakı realistlərin ucadan deməkdən qorxduqları məhz budur. Amma rəsmi Kiyevə silah dəstəyi, raketlər, kaset bombaları və təyyarələr hər cür şəkildə artırılacaq.

  Dəli olan Qərb başqa heç nə düşünə bilmir. Çıxılmaz bir dalandır. Üçüncü dünya müharibəsi yaxınlaşır.

  Nəticələr Rusiya üçün aydındır. Xüsusi hərbi əməliyyat eyni məqsədlərlə davam edəcək. Onlardan biri rəsmi Kiyev nasist qruplaşmasının NATO üzvlüyünü rədd etməsidir ki, bu mümkünsüz görünür. Ona görə bu qrupun ləğv edilməsi mümkün və zəruridir”.

  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da sosial media hesabında açıqlama verib: “NATO-nun Litvada keçirilən sammitinin yekun bəyannaməsində alyansın Rusiya ilə münaqişə aparmadığı bildirilir. Əlbəttə, NATO Rusiya ilə birbaşa münaqişəyə girmir, amma orada iştirak edir”.



Әlaqәli Xәbәrlәr