BMT-nin İnsan Haqları Şurasında Qurani-Kərimə edilən hücumlar pislənib

İslam Əməkdaşlıq Təşkilatın təqdim etdiyi qərar layihəsində; Quranı hədəf alan və "dinə nifrət" olaraq xarakterizə edilən hücumların pislənməsi çağırışı edilib.

2010378
BMT-nin İnsan Haqları Şurasında Qurani-Kərimə edilən hücumlar pislənib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında Qurani-Kərimə edilən hücumları müzakirə etmək üçün keçirilən fövqəladə xüsusi sessiyada bəzi Avropa İttifaqına (Aİ) üzv ölkələrlə ABŞ və İngiltərə Qurana edilən hücumları pisləməyi rədd edib.

İslam Əməkdaşlıq Təşkilatın təqdim etdiyi qərar layihəsində; Quranı hədəf alan və "dinə nifrət" olaraq xarakterizə edilən hücumların pislənməsi çağırışı edilib.

Qurani-Kərimə hücumlarla bağlı keçirilən fövqəladə iclasa təqdim edilən qərar layihəsi Aİ adından çıxış edən Belçika tərəfindən səsə qoyulub.

Səsvermədən əvvəl bəzi Avropa İttifaqına üzv ölkələr, həmçinin ABŞ və İngiltərə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatları pisləyən qanun layihəsinə “yox” səs verəcəklərini bəyan ediblər.

Bəzi ölkələrin çıxışlarının uzadılmasından sonra Şura yenidən toplanaraq İƏT-in qınama qanun layihəsini səsə qoymağa qərar verib.

Qınama qərarı 12 lehinə, 28 əleyhinə səslə qəbul edilib. 7 ölkə bitərəf qalıb.

Əlcəzair, Argentina, Banqladeş, Boliviya, Kamerun, Çin, Fil Dişi, Kuba, Eritreya, Qabon, Qambiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Malavi, Malayziya, Maldiv adaları, Mərakeş, Pakistan, Qətər, Seneqal, Somali, Cənubi Afrika, Sudan, Ukrayna , Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam qətnamənin qəbul edilməsinin lehinə səs verib.

Belçika, Kosta-Rika, Çexiya, Finlandiya, Fransa, Almaniya, Litva, Lüksemburq, Monteneqro, Rumıniya, Böyük Britaniya və ABŞ əleyhinə səs verib.

Paraqvay, Nepal, Meksika, Honduras, Gürcüstan, Çili və Benin bitərəf qalıb.

Türkiyenin BMT İnsan Haqları Şurasında müşahidəçi statusu olduğu üçün səsvermə hüququ yoxdur.

Türkiyenin BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəliyi səsvermədən sonra tviterdə paylaşım edib.

Paylaşımda "İslam Əməkdaşlıq Təşkilatının BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi Qurana hücumları pisləyən qətnamə qəbul edilib. Qətnaməyə dəstək verən bütün ölkələrə təşəkkür edirik" deyilib.

Xatırladaq ki, Qurana qarşı son hücumlar BMT baş katibi və Papa tərəfindən də



Әlaqәli Xәbәrlәr