BMT: Sudanda qarşıdurmalara görə 2,8 milyon insan ölkəni tərk edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda münaqişə başlayandan bəri 2,8 milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

2007815
BMT: Sudanda qarşıdurmalara görə 2,8 milyon insan ölkəni tərk edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda münaqişə başlayandan bəri 2,8 milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Sudanda münaqişənin başladığı 15 apreldən bəri təldə etdikləri məlumatları paylaşıb.

Yayılan yazılı bəyanatda Sudanda son 11 həftədə 15 humanitar yardım işçisinin həyatını itirdiyi bildirilib.

Sudanda 2,8 milyon insanın didərgin düşdüyünə diqqət çəkilən bəyanatda 2,2 milyon insanın məcburi köçkün olduğu, 615 min insanın isə qonşu ölkələrə köç etdiyi bildirilib.

Bəyanatda bütün çətinliklərə baxmayaraq, 2,5 milyondan çox insana xilasedici yardımın çatdırıldığı qeyd olunub.

Bundan əlavə Sudandakı qarşıdurmalarda can itkisinin 1133 nəfərə yüksəldiyi, 11 min 796 nəfərin yaralandığı bildirilib.

BMT həmçinin ölkədə davam edən münaqişələrdə məcburi köçkün qadın və qızlara qarşı cinsi zorakılığı pisləyib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), BMT-nin İnsan Hüquqları Bürosu, BMT-nin Qaçqınlar üzrə Agentliyi (UNHCR), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınları və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müharibə taktikası kimi istifadə edilən cinsi zorakılığa dərhal son qoymağa çağırıb.

Qeyd edək ki, Sudan ordusu keçmişdə dəstək verdiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhdid olaraq qəbul etdiyi Çevik Dəstək Qüvvələrinin (HDK) 2 il ərzində tam şəkildə orduya inteqrasiyasını istəyirdi.

HDK-nın mülki hökumətdən sonra təxminən 10 ili əhatə edən bir müddətdə bunu qəbul edə biləcəyini bəyan etməsi ilə başlayan söz münaqişəsi və gərginlik 15 aprel səhəri paytaxt Xartum və müxtəlif şəhərlərdə tərəflər arasında silahlı qarşıdurmaya çevrildi. 

Ordu komandanı general Əbdülfəttah əl-Burhan və HDK komandanı Məhamməd Hamdan Dağalu Qurban bayramının ilk günü üçün atəşkəs elan ediblər.



Әlaqәli Xәbәrlәr