Çində leysan yağışlar nəticəsində 15 nəfər həlak olub

Çinin Çunsin şəhərində leysan yağışların səbəb olduğu daşqınlarda 15 nəfər həyatını itirib, 4 nəfər isə itkin düşüb.

2007442
Çində leysan yağışlar nəticəsində 15 nəfər həlak olub

Çinin Çunsin şəhərində leysan yağışların səbəb olduğu daşqınlarda 15 nəfər həyatını itirib, 4 nəfər isə itkin düşüb.

Daşqından ən çox zərər çəkən Vançjou bölgəsinə 2500-dən çox şəxsi heyət yerləşdirilib.

On minlərlə insan evlərindən təxliyə edilərkən, gölə çevrilən küçələrdə qapalı qalanlar qayıqlarla xilas edilib.

Seldən sonra palçıqla örtülmüş bəzi ərazilərdə təmizlik işlərinə başlanılıb.

Çin prezidenti Si Cinpin səlahiyyətlilərə sakinlərin təhlükəsizliyini qorumağa və itkiləri minimuma endirməyə üstünlük verməsi üçün görüştəriş verib. 

Bu arada, Sıçuan əyalətində 460 mindən çox insan güclü yağışlardan zərər çəkib.

Ştat hökumətinin məlumatına görə, indiyədək 85 mindən çox insan evlərindən təxliyə edilib.



Әlaqәli Xәbәrlәr