Şoltsla Zelenski arasında telefon danışığı olub

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı aparıb.

2006647
Şoltsla Zelenski arasında telefon danışığı olub

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı aparıb.

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreitin yazılı açıqlamasına görə, Şolts və Zelenskinin telefon danışığında Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyət müzakirə olunub.

Kansler bir daha ölkəsinin “Rusiyanın davam edən təcavüzü qarşısında” Ukrayna ilə “sarsılmaz” həmrəyliyini təkrarlayıb.

Almaniya kansleri vurğulayıb ki, Almaniya Avropa və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqda hərbi dəstək də daxil Ukraynaya dəstək verməyə davam edəcək.

Zelenski də Almaniya hökumətinə hərbi dəstəyə, xüsusən də Ukraynanın hava hücumundan müdafiəsini, o cümlədən ağır silahları gücləndirməsinə görə təşəkkür edib.

Şolts və Zelenski BMT-nin himayəsi altında qlobal ərzaq təminatının yaxşılaşdırılmasına kömək edən Taxıl Dəhlizi Sazişinin iyulun 17-də yenilənərək davam etdirilməsinə çağırıblar.

İki lider konstruktiv məsləhətləşmələri davam etdirməyə və xüsusilə də sülh yolu ilə həllə ümumi dəstək məqsədilə sıx əlaqə saxlamağa razılaşıblar.



Әlaqәli Xәbәrlәr