Entoni Blinken və Antonio Quterreş ''taxıl sazişi''ni müzakirə ediblər

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

2003627
Entoni Blinken və Antonio Quterreş ''taxıl sazişi''ni müzakirə ediblər

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon əlaqəsi saxlayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.
“Entoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş söhbət zamanı  Rusiyanın iyulun 17-də müddəti sona çatacaq ''taxıl sazişi'' ilə bağlı bəyanatlarını müzakirə ediblər''.
Açıqlamada bildirilib ki, tərəflər taxıl sazişinin qlobal ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Rusiyanın 2022-ci ilin 24 fevral tarixində Ukraynaya etdiyi hücumun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya Federasiyası, Türkiye və Ukrayna 2022-ci ilin 22 iyul  tarixində İstanbulda təşkil edilən mərasimdə ''taxıl sazişi''ni imzalamışdı.



Әlaqәli Xәbәrlәr