BMT: ''2022-ci ildə üç mindən çox adam miqrasiya zamanı ölüb''
Ötən il Yaxın Şərq və Şimali Afrikanı tərk edən 3789 nəfərin miqrasiya zamanı öldüyü bildirilir.
Ötən il Yaxın Şərq və Şimali Afrikanı tərk edən 3789 nəfərin miqrasiya zamanı öldüyü bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) dərc etdiyi hesabatda 2022-ci ilin yanvarından dekabr ayına qədər Yaxın Şərq və Şimali Afrikanı tərk edən 3789 nəfərin miqrasiya zamanı həyatını itirdiyi vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı ən çox insan tələfatının dəniz yolu ilə olan miqrasiya zamanı baş verdiyini açıqlayıb.
Hesabatda 2022-ci il ərzində Yaxın Şərq və Şimali Afrikadan quru yolu ilə köç etməyə cəhd göstərən 1028, dəniz yolu ilə köç etməyə cəhd edən 2761 immiqrantın həyatını itirdiyi bildirilib.
Әlaqәli Xәbәrlәr
ABŞ-da etiraz aksiyalarında həbs olunan tələbələrin sayı 2 mini keçdi
Co Bayden həmçinin ABŞ-nin Yaxın Şərqlə bağlı siyasətində heç bir dəyişiklik olmayacağını bildirib