ABŞ-da etiraz aksiyalarında həbs olunan tələbələrin sayı 2 mini keçdi

Co Bayden həmçinin ABŞ-nin Yaxın Şərqlə bağlı siyasətində heç bir dəyişiklik olmayacağını bildirib

2134977
ABŞ-da etiraz aksiyalarında həbs olunan tələbələrin sayı 2 mini keçdi
abd ogrenci filistin gozaltisi.jpg
abd ogrenci filistin gozaltisi.jpg
abd ogrenci filistin gozaltisi.jpg

 

  ABŞ-da davam edən etirazlar fonunda Kaliforniya Universitetində daha 200 aksiya iştirakçı həbs olunub. Bununla da aprelin ortalarından tələbələrin etiraz aksiyalarında həbs olunanların sayı 2 min nəfəri keçib.

  Kaliforniya Universitetində həbslər polisin düşərgələri boşaltmaqla bağlı tələbindən bir neçə saat sonra baş verib. Daha sonra polis barrikadaları keçərək düşərgəyə daxil olub, aksiyanı dağıdıb.

  Uzun fasilədən sonra etiraz aksiyalarına ilk dəfə münasibət bildirən ABŞ prezidenti Co Bayden dinc nümayiş hüququnu müdafiə etsə də, zorakılığı, dağıntıları və antisemitizmi pisləyib. Onun sözlərinə görə, binalara zərər vermək, pəncərələri sındırmaq dinc etiraz deyil. Prezident həmçinin ABŞ-nin Yaxın Şərqlə bağlı siyasətində heç bir dəyişiklik olmayacağını bildirib.

 

 



Әlaqәli Xәbәrlәr