NATO tarixinin ən böyük hava təlimini keçirəcək

“Air Defender 2023” hərbi-hava təlimləri 12-23 iyun tarixlərində Almaniya və Şərqi Avropada 250-dən çox döyüş təyyarəsinin iştirakı ilə keçiriləcək.

1996776
NATO tarixinin ən böyük hava təlimini keçirəcək

NATO tarixinin ən böyük hava təlimini keçirəcək. “Air Defender 2023” hərbi-hava təlimləri 12-23 iyun tarixlərində Almaniya və Şərqi Avropada 250-dən çox döyüş təyyarəsinin iştirakı ilə keçiriləcək.

Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinə məxsus təxminən 110 təyyarə təlimlə əlaqədar Avropaya gedəcək.

Təlimdə Avropanın NATO-ya üzv ölkələrindən 80, beynəlxalq tərəfdaşların isə 60 təyyarəsi iştirak edəcək.

Almaniyanın ev sahibliyində keçiriləcək təlimin məqsədi alyansın müdafiəsini möhkəmləndirmək, havada çəkindirici qüvvənin olduğunu nümayiş etdirmək və Atlantikanın hər iki tərəfində həmrəyliyi gücləndirməkdir.



Әlaqәli Xәbәrlәr