İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib

İşğal altındakı İordan çayının qərb sahilində İsrail hərbçiləri 10 fələstinlini yaralayıb, 13 nəfəri isə həbs edib.

1990643
İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib

İşğal altındakı İordan çayının qərb sahilində İsrail hərbçiləri 10 fələstinlini yaralayıb, 13 nəfəri isə həbs edib.

Şahidlərin məlumatına görə, yüzlərlə İsrail əsgəri Erixa şəhəri yaxınlığındakı Aqaba Cabr qaçqınlar düşərgəsinə basqın edib.

Düşərgədə şiddətli toqquşmaların yaşandığı bildirilib.

Fələstin mənbələri 10 fələstinlinin yaralandığını, onlarla insanın gözyaşardıcı qazdan zəhərləndiyini, 13 nəfərin isə İsrail qüvvələri tərəfindən saxlanıldığını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki evlərə vaxtaşırı basqın edən İsrail qüvvələri müxtəlif iddialar irəli sürərək fələstinliləri saxlayır.
İsrail ordusunun basqınlarına reaksiya verən fələstinlilərlə əsgərlər arasında vaxtaşırı toqquşmalar yaşanır.



Әlaqәli Xәbәrlәr