İmran Xan hərbi qrup tərəfindən həbs edildi

PTİ-nin hüquqşünaslarından olan Faisal Çaudri hadisəni təsdiqləyib

1984399
İmran Xan hərbi qrup tərəfindən həbs edildi

 

  Pakistanın keçmiş baş naziri İmran Xan paytaxt İslamabadda hərbi qrup tərəfindən həbs edildi.

  Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) sədri İ.Xan ona qarşı işlərin dinləmələrində iştirak etmək üçün Lahordan İslamabada getmişdi. Amma Ali Məhkəməsi qarşısında hərbi birləşmələr tərəfindən həbs edildi.

  PTİ-nin hüquqşünaslarından olan Faisal Çaudri hadisəni təsdiqləyib.

  İmran Xanın niyə həbs olunduğu hələ aydın deyil, ona qarşı 90-dan çox iddia qaldırılıb.

  PTİ-nin üzvü Musarrat Çima “twitter” hesabında verdiyi açıqlamada İmran Xanın işgəncələrə məruz qaldığını və hərbi birləşmələrin onu döydüyünü bildirib: “Xan ona qarşı sui-qəsdin arxasında yüksək səviyyəli kəşfiyyat rəsmisinin iştirak etdiyini dedikdən sonra bu hadisə baş verdi”.

  Hərbi qrup isə bu iddiaları təkzib edib.

  Qeyd edək ki, İmran Xan mayın 7-də verdiyi açıqlamada ona qarşı sui-qəsdin arxasında indiki baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Xidmətlərarası Kəşfiyyat İdarəsinin (İŞİ) rəis müavini general-mayor Faysal Nasirin dayandığını söyləyib.

  Xan koalisiya hökumətinin erkən seçkilər elan etmədiyini əsas gətirərək oktyabrın 28-də Lahordan İslamabada hərəkət etmişdi. Noyabrın 3-də Vəzirabadda maşın karvanının atəşə tutulması nəticəsində Xan hər iki ayağından yaralanmış, bir adam ölmüş, 13 nəfər xəsarət almışdı.

  Xatırladaq ki, 2023-cü il aprelin 10-da parlamentdə keçirilən etimad səsverməsində İmran Xanın hökuməti 174 "əleyhinə" səsi ilə qazanmadı. Aprelin 11-də parlamentdə keçirilən seçkidə isə ölkədə üç dəfə baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçildi.



Әlaqәli Xәbәrlәr