Ekvadorda torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 51 nəfərə çatıb

Cənubi Amerika ölkəsi Ekvadorda martın 27-də baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayının 51-ə yüksəldiyi bildirilib.

1982972

Ekvador Fövqəladə Hallar İdarəsindən verilən məlumatda Çimborazo əyalətinin Alausi qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayının artdığı bildirilib.
Təbii fəlakətdə həyatını itirənlərin sayının 51-ə yüksəldiyi, itkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilib.
Səlahiyyətlilər torpaq altında hələ də 37 nəfərin olduğunu və cəsədlərin tapılması üçün ciddi səylərin göstərildiyini qeyd edib.
Torpaq sürüşməsi zamanı 163 evin zərər gördüyü, 57 evin isə tamamilə dağıldığı açıqlanıb.
Yerli mətbuat orqanlarının yaydığı məlumatda  bölgədəki dağda bir müddətdir çatların əmələ gəldiyi və bunun da torpaq sürüşməsinə  səbəb olduğu iddia edilib.
Ekvadorun Nəqliyyat və İctimai İşlər Nazirliyi bağlanan yolları nəqliyyatın hərəkətinə açmaq üçün çalışdıqlarını və martın 30-da Çimborazo əyalətində "fövqəladə vəziyyət"in elan edildiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr