Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanda səfər edib

Ukrayna Prezidenti V.Zelenski Finlandiyaya səfərindən sonra Niderlanda gedib.

1982369
Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanda səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyaya səfərindən sonra Niderlanda gedib.
İctimai yayımçı NOS-da yer alan xəbərə görə, Zelenskinin olduğu hökumət təyyarəsi mayın 3-də yerli vaxtla saat 22:15-də Amsterdam Şiphol hava limanına eniş edib.

Xəbərdə Zelenskinin bu gün Haaqada Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşəcəyi və “Ədalətsiz sülh yoxdur” mövzusunda çıxış edəcəyi bildirilib.

Xəbərdə ayrıca Zelenskinin Ukraynadakı müharibədə törədilən cinayətləri araşdıran Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkəcəyi məlumatı çatdırılıb.



Әlaqәli Xәbәrlәr