Pavel Kirilenko:''Rusiya Slavyanskı bombaladı''

Bunu Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

1975193
Pavel Kirilenko:''Rusiya Slavyanskı bombaladı''

Rusiya ordusunun Ukraynanın Slovyansk şəhərinə endirdiyi raket hücumları nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
Bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko rəsmi internet səhifəsində verdiyi məlumatda bildirib.
Pavel Kirilenko Rusiyanın S-300 raketləri ilə Slovyansk şəhərinə hücum etdiyini bildirib. O, hücumlarda 5 mənzil və 5 evin zərər gördüyünü qeyd edib.
Dağıntılar altında 1-i uşaq olmaqla 7 nəfərin ola biləcəyini deyən Pavel Kirilenko, axtarış-xilasetmə qruplarının hadisə yerində işlərini davam etdirdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski şəxsi internet səhifəsində etdiyi paylaşımda rusların Slovyanskı vəhşicəsinə bombaladığını ifadə edərək "Evləri vurdular. Təəssüf ki, yaralılar və ölənlər var" deyib.
Ukrayna lideri bildirib ki, Rusiya insanları öldürərək əsl üzünü göstərir.


Etiketlәr: #Slavyansk , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr