Rusiya siyasi məmurlar da daxil olmaqla 333 Kanada vətəndaşını sanksiya siyahısına salıb

Avropa Parlamenti ilə Ukrayna Parlamenti arasında ilk komitələrarası iclas keçirilib.

1974051
Rusiya siyasi məmurlar da daxil olmaqla 333 Kanada vətəndaşını sanksiya siyahısına salıb

Rusiya siyasi məmurlar da daxil olmaqla 333 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən yazılı açıqlamada Kanada rəhbərliyinin davamlı olaraq Rusiya rəsmiləri, siyasətçiləri, jurnalistləri, ekspertləri və idmançılarına sanksiya tətbiq etdiyi bildirilib.

Bu səbəbdən 333 kanadalı sanksiya siyahısına daxil edilib və onların Rusiyaya girişinə “daimi” qadağa qoyulub, sözügedən adların siyahısı dərc edilib.

Siyahıya müxtəlif səviyyəli siyasətçilər, eləcə də parlament üzvləri, fəallar və idmançılar daxil edilib.

Rusiya və Kanada vaxtaşırı bir-birinin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir.

 

 

 


Etiketlәr: #sanksiya , #Kanada , #Rusiya

Әlaqәli Xәbәrlәr