Keniyada hökumәt әleyhinә keçirilәn etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı 3 nәfәrә çatıb

Keniyada ötən həftədən bəri hökumət əleyhinə keçirilən nümayişlərdə ölənlərin sayı 3 nəfərə çatıb.

1966302
Keniyada hökumәt әleyhinә keçirilәn etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı 3 nәfәrә çatıb

Keniyada ötən həftədən bəri hökumət əleyhinə keçirilən nümayişlərdə ölənlərin sayı 3 nəfərə çatıb.
Paytaxt Nayrobi başda olmaqla ölkənin müxtəlif şəhərlərində keçirilən etirazlarda ölənlərin sayı 3 nəfərə çatıb.
Ölkənin ''Daily Nation'' qəzeti  dünən "Qara bazar ertəsi: Bu axmaqlığa son verin!" başlığı ilə xəbər yayıb.
Bəzi etirazçıların müxalifət lideri Raila Odinqanı dəstəkləyən keçmiş prezident Uhuru Kenyattanın fermasına basqın etməsi reaksiyalara səbəb olub.
Odinqanın rəhbərlik etdiyi Azimio koalisiyası və seçkinin nəticələrinə öz etirazını bildirən nümayüşçilər keçən həftə küçələrə axışmışdı.
Müxaliflər hər bazar ertəsi və cümə axşamı nümayişləri davam etdirəcəklərini açıqladılar.



Әlaqәli Xәbәrlәr