Braziliyada sui-qəsdçi təşkilata ağır zərbə

Braziliyada yüksək səviyyəli siyasətçilərə və məmurlara sui-qəsd təşkil etməyi planlaşdıran cinayətkar təşkilat sıradan çıxarılıb.

1964071
Braziliyada sui-qəsdçi təşkilata ağır zərbə

TRT Braziliya mətbuatına istinadla xəbər verir ki, federal polis ölkənin 5 əyalətində eyni vaxtda böyük bir dəstəyə qarşı əməliyyat həyata keçirib.

Ədliyyə naziri Flavio Dino sosial media hesabında paylaşdığı açıqlamada cinayət təşkilatının ev və binalarına 120 polisin basqın etdiyini, əməliyyat zamanı bir neçə dövlət məmuru, senator və prokurora sui-qəsd planlarının ələ keçirildiyini bildirib. Sui-qəsd təşkil edilməsi planlaşdırılanlar arasında Braziliya prezidenti Luiz İnasio Lula da Silva və keçmiş ədliyyə naziri Serxio Moronun olduğu ifadə edilən açıqlamada San Paulo və Parana əyalətləri başda olmaqla Rondoniya və Mato Grosso do Sulda həyata keçirilən əməliyyat ilə Paraqvay prokuroru Marselo Peççinin qətlində rolu olan “PCC” adlı ən böyük narkotik ticarəti qrupunun məhv edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr