Qızıl mədəninə silahlı hücum, 9 nəfər ölüb

Mərkəzi Afrika Respublikasının (MAR) Bambari şəhərində qızıl mədəninə silahlı hücum təşkil edilib.

1961979
Qızıl mədəninə  silahlı  hücum, 9 nəfər ölüb

Mərkəzi Afrika Respublikasının (MAR) Bambari şəhərində qızıl mədəninə silahlı hücum təşkil edilib.   

Milli medianın məlumatına görə, Bambari şəhərinin Çinqbolo kəndində Çinin “Gold Coast Group” şirkətinə məxsus mədən sahəsinə  naməlum silahlı şəxslər tərəfindən hücum  təşkil  edilib. İnsident   nəticəsində   9 Çinli mədənçi  həyatını  itirib.  Silahlılar mədən sahəsindəki maşınları və yaşayış yerlərini qarət ediblər Bildirilib ki, “Gold Coast Group” şirkəti 5 gün əvvəl bölgədə fəaliyyətə başlayıb. Hücum edənlərin tapılması üçün bölgədə əməliyyat başladılıb.  

Qeyd  edək  ki,  3 gün əvvəl  də   Dəyişiklik üçün Vətənpərvərlər Koalisiyası adlı üsyançı qrupun üzvləri ölkənin Nana-Mambere bölgəsindəki Gbembo kəndinin  yaxınlığında yerləşən mədən sahəsinə hücum edərək 3 Çinli mədənçini qaçırıblar.

 

 



Әlaqәli Xәbәrlәr