Ekvadorda zəlzələ zamanı ölənlərin sayı artıb

Cənubi Amerika ölkəsi Ekvadorda martın 18-də baş verən 6,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 14-ə yüksəlib.

1961961
Ekvadorda zəlzələ zamanı ölənlərin sayı artıb

Cənubi Amerika ölkəsi Ekvadorda martın 18-də baş verən 6,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 14-ə yüksəlib.

Ekvador Prezidentliyinin internet saytından verilən məlumata görə, Balao şəhərinin 6 kilometr şimal-şərqində baş verən zəlzələ ilə bağlı verilən açıqlamaya görə, yaralıların sayı isə 446-ya çatıb.

Ölkədə zəlzələdən ən çox zərər çəkən şəhərlərin El Oro və Azuay olduğu, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Yerli mətbuatın məlumatına görə, zəlzələ nəticəsində azı 360 bina dağılıb.

Ekvador Prezidenti Gilyermo Lasso dağıntıların baş verdiyi şəhərlərə baş çəkib.

Dövlət başçısı "Hökumət olaraq işlərin sürətlə başlaması üçün lazım olan bütün maliyyə rqaynaqlarını dərhal işə saldıq. Dəymiş ziyanın qiymətləndirilməsi işlərinə də dərhal başlanılıb" deyib.

Zəlzələnin təsirli olduğu qonşu ölkə Perunun şimalında yerlvşən Tumbes şəhərində 4 yaşlı qız uşağının öldüyü, 73 nəfərin isə yaralandığı məlumatı paylaşılıb.

Digər tərəfdən, Latın Amerikası ölkələri Braziliya, Kolumbiya və Çilidən verilən açıqlamalarda zəlzələdən zərər çəkən Ekvador və Peru xalqları ilə həmrəy olduqları vurğulanaraq kömək etməyə hazır olduqları bildirilib.


Etiketlәr: #zəlzələ , #Ekvador

Әlaqәli Xәbәrlәr