Almaniyada irqçi cinayətlərdə artım

Ötən il Almaniyada İrqçilərin törətdikləri cinayət sayında həddən artıq artım olub.

1962226
Almaniyada irqçi cinayətlərdə artım

Almaniya Federal Cinayət İdarəsinin hazırladığı hesabatlara görə, 2017-ci ildə radikat irqçilər ölkə üzrə 20 min 520, 2018-ci ildə 20 min 431, 2019-cu ildə isə 22 min 342 cinayət törədib. 2020-ci ildə rekard artımla 23 min 604-ə çatan cinayətlərin sayı, 2021-ci ildə azalaraq 21 min 964 azalıb. Lakin 2022-ci ildə yenidən artaraq 23 min 83-ə yüksəlib.

Hesabata görə 2022-ci ildə ölkə üzrə məscidlərə və müsəlmanlara qarşı törədilən cinayət sayı 569 olub. Bildirilib ki, bunlar ictimaiyyəti təhrik etmək, xəsarət yetirmə, hədələmə, əmlaka ziyan vurma və ya konstitusiyaya zidd simvollardan istifadə kimi cinayətlərdir. Ötən il müsəlmanların hədəfə götürüldüyü hücumlarda isə 25 nəfər yaralanıb, 45 məscidə isə hücum edilib.

2022-ci ildə Almaniyada yəhudi əlayhinə törədilən cinayət sayı 2639 olub. Mövzu ilə bağlı yekun hesabat bir neçə aydan sonra açıqlanacağı üçün faktiki rəqəmlərin daha çox olacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr