Kolumbiyada kömür mədənində partlayış nəticəsində 11 nəfər ölüb

Kolumbiyanın Cundinamarca inzibati bölgəsindəki 3 kömür mədənində baş verən partlayışlar nəticəsində ilkin məlumatlara görə 11 mədənçi həyatını itirib,10 nəfər itkin düşüb.

1960426

Sutatausa qəsəbəsinin El Kajon bölgəsində yerləşən El Hoyo, Lucero və La Esperanza kömür mədənlərində partlayışlar baş verib.
Partlayışlar nəticəsində itkin düşənlərlə əlaqədar axtarış-xilasetmə əməliyyatları aparılır.
Kolumbiya prezidenti Qustavo Petro rəsmi internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:“Biz itkin düşən mədənçiləri xilas etmək üçün valiliklə lazımi səyləri göstəririk''.
Ölkədə qeyri-qanuni fəaliyyət göstərən mədənlərdə təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmaması səbəbindən  ölümlə nəticələnən çox sayda qəzalar baş verir.
2010-cu ildə Kolumbiyada kömür mədənində baş verən partlayışda 73 nəfər həyatını itirmişdi.

Әlaqәli Xәbәrlәr