EUCOM: Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ PUA-sı ilə toqquşub

ABŞ-ın Avropa Komandanlığı Rusiyaya məxsus  iki ''Su-27'' təyyarəsinin Qara dənizdə ABŞ-a aid MQ-9 pilotsuz uçuş aparatının qarşısına almağa cəhd edib, təyyarələrdən birinin ''MQ-9''a çırpılması nəticəsində PUA-nın beynəlxalq sulara düşdüyünü açıqlayıb.

1959763
EUCOM: Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ PUA-sı ilə toqquşub

ABŞ-ın Avropa Komandanlığı (EUCOM) Rusiyaya məxsus  iki ''Su-27'' təyyarəsinin Qara dənizdə ABŞ-a aid MQ-9 pilotsuz uçuş aparatının qarşısına almağa cəhd edib, təyyarələrdən birinin ''MQ-9''a çırpılması nəticəsində PUA-nın beynəlxalq sulara düşdüyünü açıqlayıb.
EUCOM-dan verilən yazılı bəyanatda deyilir: “Səhər saatlarında “Su-27”lərdən biri “MQ-9 ” pilotsuz uçuş aparatına çırpılıb, bu da qəzaya yol açıb və “MQ-9”un tam itkisi ilə nəticələnib.Bu olay qeyri-peşəkarlığın göstəricisidir.
Bəyanatda bu davranışın təhlükəli olduğu və səhv hesablamalara səbəb ola biləcəyi qeyd edilib.
ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandanı general Ceyms B. Hekker verdiyi açıqlamada deyib: "MQ-9 təyyarəmiz beynəlxalq hava məkanında Rusiya təyyarəsi tərəfindən vurularkən rutin  əməliyyatlar həyata keçirirdi".

Heker hadisənin  qəzaya yol açdığını  və “MQ-9”un tam itkisi ilə nəticələndiyini və rus pilotun bu davranışının az qala təyyarəsinin qəzaya uğramasına səbəb olacağını bildirib.
"ABŞ və müttəfiqlərinin təyyarələri beynəlxalq hava məkanında əməliyyatlarını davam etdirəcək və biz Rusiyanı öz əməliyyatlarını peşəkar və təhlükəsiz şəkildə aparmağa çağırırıq", - deyə ABŞ generalı vurğulayıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Prezident Co Baydenə insidentlə bağlı məlumat verildiyini açıqlayıb. Kirbi deyib: “Qara dənizin üzərindən uçarkən ruslarla əlaqə saxlamağa məcbur deyilik”.



Әlaqәli Xәbәrlәr