ABŞ hərbi pilotsuz təyyarəsinin Qara dənizə düşməsi və mübahisələr

ABŞ ordusuna məxsus MQ-9 müşahidə pilotsuz təyyarəsi çərşənbə axşamı Rusiya qırıcıları tərəfindən tutulduqdan sonra Qara dənizə düşüb.

1959929
ABŞ hərbi pilotsuz təyyarəsinin Qara dənizə düşməsi və mübahisələr

Pentaqon Rusiyanın iki “Su-27” qırıcısının Qara dənizdə ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatının qarşısını kəsməyə çalışdığını, təyyarələrdən birinin qəzaya uğraması zamanı isə MQ-9-un beynəlxalq sulara düşdüyünü açıqlayıb.

Pentaqon rəsmisi “Fox News”a açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, ABŞ-a məxsus “MQ-9 Reaper” dronu Qara dəniz üzərində beynəlxalq hava məkanında və beynəlxalq sular üzərində missiyasını yerinə yetirərkən Rusiyaya məxsus Su-27 təyyarəsi ilə toqquşub.

Rəsminin sözlərinə görə, dron Krım yaxınlığında Qara dənizə düşüb.

Qeyd edilir ki, ABŞ Prezidenti Qara dəniz üzərində Rusiya qırıcısının Amerikanın pilotsuz uçuş aparatı (PUA) ilə toqquşması barədə məlumatlandırılıb.

Pentaqon Qara dənizə düşən ABŞ pilotsuz təyyarəsinin kəşfiyyat missiyası həyata keçirdiyini təsdiqləyib.



Әlaqәli Xәbәrlәr